Azərbaycan Dövlət Aqrar Universitetində Tədris Proqramının Təkmilləşdirilməsinə Dəstək

04/12/2019

Azərbaycan Dövlət Aqrar Universitetində Tədris Proqramının Təkmilləşdirilməsinə Dəstək




Azərbaycanın kənd təsərrüfatı maliyyələşməsi və aqrar xidmətlərin genişləndirilməsi ilə bağlı təhsil potensialını artırmaq üçün AzAFF layihəsi çərçivəsində Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) ziyarətlər təşkil olunub. 5 ve 6 Dekabr, 2019-cu il tarixlərində təşkil olunan görüşlərdə layihənin yerli mütəxəssisləri ilə bərabər, akademik sahədə öz sözünü demiş beynəlxalq aqronomistlər də iştirak edib. Universiteti ziyarət etməzdən əvvəl, AzAFF komandası Aqronomluq, Kənd Təsərrüfatı İqtisadiyyatı, Aqrobiznes və İdarəetmə fakültələrinin tədris proqramını haqqında detallı araşdırmalar təşkil etmişdir.

Universitetə ilk səfər zamanı AzAFF texniki dəstək komandası universitetin rəhbərliyini (rektor, rektor müavinləri və dekanlar), akademik heyətini (şöbə müdirləri və əlaqədar müəllimləri ) və tələbələri ziyarət etdi. Görüşlərin əsas məqsədi ADAU-nun mövcud təhsil sisteminini dəyərləndirmək və universitetin həm akademik həm də tələbə heyətindən rəylər toplamaq idi. Bununla yanaşı texniki dəstək komandası ADAU-nun xidməti binalarını, sinif otaqları, laboratoriyaları, təsərrüfat sahələrini ziyarət etdi və müvafiq qiymətləndirmə apardı.

İlkin qiymətləndirmələri tamamladıqdan sonra texniki dəstək komandası kənd təsərrüfatı xidmətlərinin genişləndirilməsi kursunun tədrisinin əhəmiyyəti, bu kursun keçirilməsi üçün müvafiq akademik təkliflər, türk & ingilis dillərində uyğun ədəbiyyat mənbələri, universitet daxilində bu kursun keçirilməsi üçün kadrların hazırlanması və kadrların hazırlanması üçün Uzunmuddətli Təhsil Sisteminin yaradılması mövzularını əhatə edən hesabat hazırladı.

Hesabatı tamamlandıqdan sonra AzAFF texniki dəstək komandası ADAU-ya ikinci səfərini edərək hesabatın nəticəsini akademik heyətə təqdim etdi. Hesabatın təqdimatı ilə yanaşı beynəlxalq aqronomist komandası tələbələrə “21-ci əsrdə aqronomluq və gələcəyə baxış” mövzusunda təqdimat da göstərdi. Təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılandı. Universitet heyəti tədris proqramının hazırlanması ilə bağlı hazırlanan hesabatı yüksək qiymətləndirdi və 2020-ci il ərzində hazırlanan hesabat çərçivəsində universitetdə müvafiq dəyişikliklərin olunacağını qeyd etdi.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.