Azərbaycanlı fermerlərin maliyyə savadlılığını artırmaq və onların maliyyəyə çıxış imkanlarını yaxşılaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa İttifaqının birgə layihəsi olan AzAFF layihəsi çərçivəsində FermerALES - Fermerlər üçün Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemini təqdim edir.
FermerALES sistemindən istifadə etməklə fermerlər həm təsərrüfatlarının maliyyə analizini apara biləcək, həm də kredit müraciəti etməzdən əvvəl kredit ödəmə qabiliyyətlərini qiymətləndirə biləcəklər.
Sistem AKİA-nın elektron səhifəsinə (www.akia.gov.az) inteqrasiya olunub. Veb saytın “Kreditlər” menyusuna daxil olub “FermerALES” (www.fermerales.az ) bölməsini seçərək sistemin elektron səhifəsinə keçid etmək mümkündür.
Fermerlər Kredit Təşkilatlarından əldə edə biləcəkləri təqribi kredit məbləğini və eləcə də AKİA-dan ala biləcəyi subsidiya məbləğini də bu sistem vasitəsilə hesablaya bilər.
Fermer seçdiyi təsərrüfat fəaliyyəti üzrə əldə etdiyi məlumatları hesabat formasında da yükləyə bilər.mümkündür. Bu hesabatı kredit müraciəti edərkən təsərrüfatın maliyyə hesabatı olaraq kredit təşkilatlarına təqdim etmək olar.