Aİ və AYİB-in dəstəyi ilə Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminin təqdimatı keçirilib

05/09/2019

Aİ və AYİB-in dəstəyi ilə Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminin təqdimatı keçirilib




Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni sistem istifadəyə verilib. Sistem Aqrar Kredit və İnkişaf Agentliyi üçün AYİB və Aİ-nin dəstəyi ilə “Frankfurt School of Finance and Management” tərəfindən hazırlanıb. AzALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) adlanan yeni alət aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yeni mexanizmin hazırlanmasına 2015-ci ildən başlandığını, layihənin uğurla başa çatdığını bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda risklərin dəyərləndirilməsi maliyyə qurumları üçün çox vacibdir və AzALES banklara bu imklanları təqim edir.

Sistem fermerlərin maliyyəyə çıxışını asanlaşdırdığı kimi, kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri doğru qiymətləndirmək və yüksək müştəri xidmətləri imkanı verəcək.

AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Ivana Duarte, öz sözlərində belə qeyd edib: “Təklif olunan yeni system hələ də riskli olduğu düşünülən aqrar sektor üçün xidmətlərin yaxşılaşdırılmasına kömək edəcək. Sistemin hökumətin maliyyə və kənd təsərrüfatı sektorunda həyata keçirdiyi islahatların müsbət təsirlərindən yararlanacağı gözlənilir.”

"İqtisadi diversifikasiya strategiyasının bir hissəsi olaraq, kənd təsərrüfatını modernləşdirmək üçün Azərbaycan hökumətinə resurslar lazım olduğu zaman AzALES-in əhəmiyyəti böyükdür" - Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti yeni sistemin vacibliyini belə şərh edib.

AzALES sisteminin ölkədə davamlı və qalıcı olmasını təmin etmək məqsədiylə layihə çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi ilə birlikdə mərkəzləşdirilmiş kredit qiymətləndirmə sistemi qurulmuşdur. AzALES kənd təsərrüfatı kredit müraciətlərinin səmərəli və sistematik qiymətləndirilməsini təmin edir və bununla da Azərbaycan kredit təşkilatlarının kənd təsərrüfatı sektoruna kreditvermə qabiliyyətini gücləndirməyi hədəfləyir.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.