Gədəbəydə Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

11/12/2019

Gədəbəydə Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in birgə layihəsi olan AZAFF çərçivəsində mütəxəssislər fermerlərin maliyyə savadlılığı mövzusunda sonuncu regional tədbiri həyata keçirimək üçün Gədəbəy rayonuna səfər ediblər.


Artıq dörd ildən çoxdur ki, ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş sonuncu seminar Gəncə-Qazax iqtisadi rayonunda təşkil olunmuşdur. 11 Dekabr, 2019 tarixində Gədəbəy rayonunda keçirilən təlim Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilmişdir.

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, kredit təşkilatlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzuları idi. Təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və ümumilikdə 23 yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti İlqar Tağıyev, AZAFF layihəsi və komanda üzvləri haqqında fermerlərə qısa məlumat verdi. Layihənin digər aparıcı eksperti Rauf Ağayev isə öz çıxışında bildirdi ki, bu tip seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır. Tədbirdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də təqdim olundu. Fermerlər təlim müddətində öz mövcud problemlərini ekspertlərlə müzakirə etdilər. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundu.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.