Ağsu və İsmayıllıda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

21/11/2019

Ağsu və İsmayıllıda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in birgə layihəsi olan AZAFF çərçivəsində mütəxəssislər fermerlərin maliyyə savadlılığı mövzusunda regional tədbirləri həyata keçirimək üçün Dağlıq Şirvan iqtisadi rayonuna səfər ediblər.


Artıq dörd ildən çoxdur ki, ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti iki seminar Dağlıq Şirvan iqtisadi rayonunda təşkil olunmuşdur. Təlimlər 21 və 22 Noyabr, 2019 tarixlərində Ağsu və İsmayıllı rayonlarında olmaqla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilmişdir.

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, kredit təşkilatlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzuları idi. Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və ümumilikdə 40-a yaxın yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

İlk tədbir 21 Noyabr 2019-cu il tarixində Ağsuda həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti İlqar Tağıyev, AZAFF layihəsi və komanda üzvləri haqqında fermerlərə qısa məlumat verdikdən sonra bu tip seminarların fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynamasından bəhs etdi. Tədbirdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də təqdim olundu.

Növbəti təlim 22 Noyabr 2019-cu il tarixində İsmayıllıda təşkil olundu. Təlimin əsas məqsədi fermerlərə büdcənin tutulmasının və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsinin əhəmiyyəyini vurğulamaq idi. Fermerlər təlim müddətində öz mövcud problemlərini ekspertlərlə müzakirə etdilər.

Hər iki təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular. AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığının artırılmasına dair təlimlərin növbəti ay ərzində həyata keçirilməsi nəzərdə tutulur.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.