Fermerlər və Aqrobiznes Nümayəndələri üçün Məsləhət Xidmətləri

Fermerlər və Aqrobiznes Nümayəndələri üçün Məsləhət Xidmətləri


AZAFF özündə maliyyə ve qeyri-maliyyə xidmətlərini cəmləşdirən texniki dəstək (TD) təqdim etmək niyyətindədir. AZAFF-ın “agrokredit plyus” yanaşması TD-nin dayanıqlı olmasını təmin edəcək və layihənin təsirini artıracaq. Nəticədə tərəfdaş maliyyə institutları kənd təsərrüfatı sektoruna qeyri-maliyyə xidmətlərini təklif etməklə “məsləhətçi bank” modelini uyğunlaşdırmış olacaqlar.

AZAFF çərçivəsində fermerlər və aqrobiznes nümayəndələri aşağıdakı imkanlardan faydalanacaqlar:

Maliyyə Savadlığının Artırılması Təlimləri

Öz ənənəvi yanaşması ilə bərabər, AZAFF komandası öz səylərini təlimlər vasitəsilə fermerlərin maliyyə savadlığının artırılması istiqamətinə yönəldiblər. Aparılmış analiz və müvafiq qurumlarla görüşlər əsasında AZAFF məsləhətçiləri fermerlər üçün bir günlük təlim proqramı yaradıb.

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzularındandır. 

Qabaqcıl Texniki Biliklər Seminarları

Azərbaycanda ənənəvi kənd təsərrüftı istehalı metodlarının yüksək olmasını nəzərə alaraq xərclərin azaldılması, məhsuldarlığın və keyfiyyətin artırılması və nəticədə fermerlərin qabaqcıl texniki biliklərinin artırılması ilə Azərbaycan kənd təsərrüfatı sektorunun gücləndirilməsinə nail olmaq lazımdır.

Maliyyə mənbələrinə çıxış və maliyyə savadlığının artırılması komponentlərinə əlavə olaraq AZAFF komandası fermerlər üçün qabaqcıl texniki biliklər və ən yaxşı beynəlxalq təcrübələrdən ibarət seminarlar hazırlayır. Bu seminarların məqsədi yalnız fermerlərin iş qabiliyyətini və məhsuldarlığın artırılması deyil, həm də istehsal xərclərinin azaldılması, texnologiyaların səviyyəsinin artırılması və ətraf mühitin qorunması üçün alətlərin təqdim olunmasıdır. 

İri kredit götürən fermerlər üçün xüsusi texniki dəstək

Kənd təsərrüfatında miqyas effektindən faydalanmaq torpaqların konolidasiyası və yeni investisiya yatırımları nəticəsində Azərbaycanda orta və iri fermalar formalaşmağa başlamışlar. Müstəqillik əldə edildikdən sonra kollektiv təsərrüfatın kiçik fərdi təsərrüfatlara bölünməsi prosesi baş vermişdir. Bu fərdi təsərrüfatların kommersiya səviyyəsinə çatdırılması Azərbaycanda kənd təsərrüfatının davamlı olması üçün çox vacib məsəldir. Buna baxmayaraq kənd təsərrüfatı xidmətlərinin azlığı bu sahədə inkişafı məhdudlaşmışdır. AZAFF xüsusi hədəf qruplarına fokuslanır və tərəfdaş maliyyə institutlarının iri borcalanlarına (AZN 300,000-dən yuxarı) bir ilədək davam edən xüsusiləşdirilmiş texniki dəstək verir ki, burada əsas məqsəd bu fermerlərin daha da bazar yönümlü olmasına, iqtisadi özünü doğrultmasına və mükəmməl əməliyat və maliyyə dayanıqlığına nail olmaqdır.

Tərəfdaşlarımız


1